Avq 19, 2022 15:15 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ dövlətinin müstəqil ölkələr və dövlətlərə qarşı müdaxilə və hərbi çevrilişdə rekord vurduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən,bu gün 19 avqust 28 murdad ABŞ dövlətinin 1953-cü milad ilində İran dövlətinə qarşı çevriliş həyata keçirməsinin ildönümü gününə təsadüf edir. 

1953-cü milad ili avqustun 19-da İranın zalım şahlıq rejiminin ordu qüvvələri , ABŞ və İngiltərə ilə birgə əməkdaşlıq çərçivəsində İranın Məhəmməd Müsəddiq hökumətini devirərək bir daha Məhəmmədrza Pəhləvinin şahlığını təmin etdilər. 

Bu gün ABŞ-ın İrana qarşı dövlət çevrilişinin ildönümü günündə İranın XİN sözçüsü Nasir Kənani Çafi bir tvittdə yazıb: ABŞ dövləti müstəqil ölkə və dövlətlərə qarşı müdaxilə, hərbi hücum və dövlət çevrilişi sahəsində rekorda malikdir. 

İranın XİN sözçüsü Tvitterdə yazıb: " 1332-ci günəş ili 28 murdadda İranın milli hökumətinə qarşı dövlət çevrilişi ABŞ-ın bu sahədəki qara tarixinin bariz nümunəsidir."

" Görən ABŞ dövləti İrana qarşı səhv və məğlubiyyətə uğramış siyasətini düzəldə və İran xalqının qanuni hüquqlarına hörmətlə yanaşacaqmı?",-Kənani Çafi Tvitterdə yazıb. 

Teqlər