Tehrandan iraqlı siyasətçilərə çağırış
İran İraqda mövcud böhranı dialoq yolu ilə həll etməyə çağırıb
İran İslam Respublikasının prezidenti İraqın partiya və cinahlarını siyasi böhrana son qoymağa çağırıb.
SəhərAzəri İRNA agentliyinə istinadən xəbər verir ki, Seyid İbrahim Rəisi bunu İraqın baş naziri Mustafa əl-Kazimi ilə telefon bağlantısında deyib.
Cənab Rəisi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə telefon danışığı zamanı İraq partiyalarını mövcud siyasi problemləri tez bir zamanda və dialoq yolu ilə həll etməyə çağırıb.
Bundan öncə İran Xarici İşlər Nazirliyi İraqın sabitliyinin Tehran üçün əhəmiyyətini vurğulayaraq, onun sabitliyinin, iqtisadi inkişafı və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini açıqlamışdı.
Qeyd edək ki, İraqda siyasi böhran, öndə gedən “Sədr cinahı” , “əl-İtar ət-Tənsiqi” və sair cinahların hökuməti təşkil edə bilmədiklərinə görədir. Sədr fraksiyası istisna olmaqla digər qrupların hamısı İraqın baş nazirinin milli dialoqa çağırışına müsbət cavab veriblər. Sədr cinahı isə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.