Prezident Rəisi: "İmam Xomeyni (r.ə) xalqa inanırdı"
İran İslam Respublikası prezidenti vurğulayıb: "İmam Xomeyninin (r.a) xalqa baxışı formal xarakter daşımırdı, o, xalqa inanırdı və Allaha inam sayəsində xalqa xidmət etməyi Allaha yaxınlaşmaq üçün bir zəmin hesab edirdi".
SəhərAzəri-nin məlumatına əsasən, Prezidenti Rəisi və kabinet üzvləri İranda "Dövlət Həftə"sinin gəlib çatması münasibətilə İslam İnqilabının banisi Həzrət İmam Xomeyninin (r.ə) məqbərəsində olublar və o, həzrətin amalları ilə əhd-peymanlarını təzələyiblər.
Seyid İbrahim Rəisi bu mərasimdə etdiyi çıxışında deyib: "Bu gün gəlmişik İmam Xomeyni (r.ə) ilə əhd-peyman bağlayaq ki, xidmət təkcə Allah üçün olsun və hökumət inanır ki, harda xalqa arxalanırsa, uğur qazanacaq".
Prezident Müqəddəs Müdafiədə qələbənin səbəbi kimi İmam Xomeyninin (r.ə) xalqa olan inamını göstərib və İmamın (r.a) bu hərəktinin bir örnək olmasının vacibliyini vurğulayıb.