Avq 27, 2022 18:16 Asia/Baku
  • İran ordusunun PUA təlimində ən müasir əməliyyatlar həyata keçirildi

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı ən müasir əməliyyatın müştərək hərbi pilotsuz təyyarə təlimində keçirildiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun "1401 birgə pilotsuz uçuş aparatı təlimləri" ötən cümə axşamı (25 avqust) başa çatıb.

Bu təlim, İran İslam Respublikası Ordusunun dördlü qüvvələri, Xatəmül-Ənbia Hava Hücumundan Müdafiə Birgə Bazasının iştirakı və Xatamül-Ənbia Mərkəzi Bazasının nəzarəti ilə keçirilib.

Dördlü qüvvələrin yerli kəşfiyyat, müşahidə və döyüş pilotsuz uçuş aparatlarından istifadə və müxtəlif əməliyyatların həyata keçirilməsi bu təlimin diqqət çəkən xüsusiyyətlərindən idi ki, iştirakçı qüvvələr tərəfindən yüksək dəqiqliklə yerinə yetirildi. 

İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandiri briqada generalı Əlirza Səbahi Fərd deyib: "Ordunun "1401 birgə pilotsuz uçuş aparatı təlimləri"ndə PUA-lar ən son və ən müasir əməliyyatları uğurla həyata keçirdilər və misilsiz təşəbbüslər və texnikalar bu təlimdə tətbiq edildi". 

Briqada generalı Əlirza Səbahi Fərd Qum vilayətində İran İslam Respublikasının 565 şəhidinin xatirəsinə həsr olunmuş 4-cü anım mərasimində əlavə edib: "İranın çəkindirici gücü elə bir səviyyədədir ki, düşmənlər İrana hücum etməyi xəyallarına belə gətirə bilməzlər. İranın bugünkü qüdrətini bu ölkənin gənclərinin şücaəti və igidliyinə borcluyuq".

Teqlər