Avq 28, 2022 20:17 Asia/Baku
  • Borrel Vyana müzakirələrinə nkbin yanaşır

Avropa Birliyinin xarici işlər və təhlükəsilzlik məsələləri üzrə ali nümayəndəsi Amerikanın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Vyana müzakirələrinə nikbinlik ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Cozep Borrell Avstriyada çıxan “Kronen” qəzetilə müsahibədə bildiribdir ki, sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin nəticəyə çatmasına nkbin yanaşır.

Borrelin Vyana müzakirələrinin hazırkı vəziyyəti barədəki ifadələrinin fonunda qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani-Çafi çərşənbə günü sanksiyaların ləğvi ilə bağlı müzakirələrdə yerdə qalan məsələlərin həlli üzrə İran İslam Respublikasının fikirlərinə Amerika hökumətinin cavabının danışıqların avropalı koordinatoru vasitəsilə alındığını xəbər vermişdi.

Kənani bildirmişdi ki, amerikalı tərəfin fikirlərinin dəqiq şəkildə araşdırılması başlanıb və İran İslam Respublikası araşdırmaları başa çatdırdıqdan sonra bununla bağlı fikirlərini avropalı koordinatora elan edəcəkdir.

BORREL VYANA MÜZAKİRƏLƏRİNƏ NİKBİNDİR

Teqlər