Avq 29, 2022 11:09 Asia/Baku
  • Aliməqam Rəhbərin Məşhəd səfərində İmam Rzanın (ə) hərəminin tozu alınıb

Bazar günü gecə İslam İnqilabının Aliməqamlı Rəhbərinin iştirakı ilə şiələrin 8-ci İmamı, Həzrət İmam Rzanın (ə) hərəminin tozunun alınması mərasimi keçirilib.

Aliməqamlı Rəhbərin ofisinin informasiya portalının yaydığı məlumata görə, Həzrət Ayətullahül-üzma Xamenei ölkədə koronavirusun vəziyyətində yaranan dəyişiklik fonunda Müqəddəs Məşhəd şəhərinə səfəri zamanı Həzrət İmam Rzanın (ə) nurani hərəminin tozunun alınması mərasimində iştirak ediblər.

Məhərrəm ayının son günlərində Quran tilavəti, Camiətül-Kəbirə ziyarətinin oxunması və Əhli-Beytin (ə) müsibətinin zikri ilə keçirilən bu mərasimdə bir qrup alim və Rəzəvi hərəminin xüddamları da iştirak ediblər.

Teqlər