Avq 29, 2022 12:48 Asia/Baku
  • Eslami: Vyana danışıqlarından məqsəd sanksiyaların birdəfəlik ləğvidir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib: "Vyana danışıqlarının məqsədi ölkəyə qarşı irəli sürülən sanksiyalar və saxta ittihamları aradan qaldırmaqdır".

"FARS" xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bazar ertəsi Loristan vilayətinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, nüvə sazişi ilə bağlı danışıqların əsasını, mütəmadi olaraq, ölkəyə qarşı yeni ittihamlar irəli sürən düşmənlərin ittihamlarını aradan qaldırmaq və bəhanələrini əllərindən almaq təşkil edir". 

İranın Atom Enerjisi Təşkilatının rəhbəri vurğulayıb ki, indi Vyana danışıqlarının məqsədi İran xalqının nüvə sazişinin iqtisadi məziyyətlərindən faydalana bilməsi üçün sanksiyaları birdəfəlik aradan qaldırmaqdır.

ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvinə yönəlmiş danışıqların yeni mərhələsi avqustun 4-də Vyanada başlayıb və avqustun 8-də başa çatıb.

Danışıqların bu raundunda Avropa İttifaqının Vyana danışıqlarındakı koordinatoru "Enrike Mora" tərəfindən bir neçə təklif irəli sürülüb.

İrana qarşı zalımcasına və qanunsuz sanksiyaların aradan qaldırılması istiqamətli danışıqlarda iştirak edən ölkələrin əksər hissəsi müzakirələrin tez bir zamanda yekunlaşdırılmasını istəyir, amma yekun anlaşmaya nailolma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ ilə bağlı siyasi qərarlarını gözləyir.

Teqlər