İran və Rusiya arasında əlaqələr yeni fazaya keçir
İki ölkənin strateji əməkdaşlıq sazişinin layihələri mübadilə edilib
İran İslam Respublikasının prezidenti bildirib ki, yaxın vaxtlarda ölkələr strateji xarakter daşıyan sazişin bağlanmasının yekun mərhələsinə həyata keçəcəklər. Sazişin 20 il müddətinə bağlanacağı güman edilir.
SəhərAzəri-nin məlumatına əsasən, İran və Rusiya Xarici İşlər nazirlikləri uzunmüddətli hərtərəfli əməkdaşlıq sazişinin layihələrini mübadilə ediblər. Bu barədə prezident Seyid İbrahim Rəisi bildirib.
Rəisi əlavə edib ki, hazırda gündəmdə "Şimal-Cənub" dəhlizinin inkişafı məsələsi qalır.
Bundan əvvəl Rusiyanın Baş naziri Sergey Lavrov Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında münasibətlərin yüksəlişdə olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya Federasiyası da İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır.