Avq 31, 2022 11:43 Asia/Baku
  • İrandan Nəcəf şəhərinə uçuşlar bərpa edilib

İranın Nəcəf hava limanına uçuşları adi qaydada bərpa edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İraq şəhərində iğtişaşlar səngidiyi üçün İran Nəcəfə müntəzəm uçuşlar həyata keçirəcək. 

Bu barədə şəhərin İmam Xomeyni hava limanının şirkətinin icraçı direktoru Səid Çələndəri bildirib.

Onun sözlərinə görə, İmam Xomeyni Beynəlxalq Hava Limanı Tehran-Nəcəf reyslərini qəbul etməyə tam hazırdır. 

"Bu gün İraqa uçmaq üçün lisenziyası olan istənilən yerli və ya xarici aviaşirkət İmam Xomeyni hava limanından istifadə edə bilər. Hava limanı bazar ertəsi saat 19:00-dan çərşənbə axşamı 17:00-a qədər ləğv edilmiş bütün reysləri rezerv etməyə və sərnişinləri Nəcəf şəhərinə göndərməyə hazırdır", - deyə Çələndəri bildirib. 

Teqlər