Əhli-Beyt(ə) İslam Ümmətinin birlik simvoludur
İran İslam Respublikasının prezidenti Ümumdünya Əhli-Beyt(ə) Assambleyasını İslam Ümmətinin birlik , bəşəriyyətdə ümid və ümidyaratma simvolu adlandırıb.
Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının yeddinci forumunun açılış mərasimi İran prezidenti Seyid İbrahim Rəisi, Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazaninin iştirakı ilə cümə axşamı günü Tehranda keçirilib.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu mərasimdə ədaləti bəşəriyyətin bu gün itkin düşmüş məsələsi, Əhli-Beyt(ə)-ı dünyada ədalətsevərliyin simvolu adlandırıb. Bildirib ki, ədalət bütün insanların ruhu və varlığında mövcud olan bir məsələdir.
Rəisi deyib: Dünya Əhli-Beyt(ə) mətkəbinə xüsusi diqqət yetirir, çünki bu məktəbdə haqq və əsalətsevərlik, tam insanlıq və aqillik mövcuddur.
İran İslam Respublikasının prezidenti əlavə edib: Bu gün xüsusən Qərbdə gənclərin dinə və mənəviyyata diqqəti inkişaf edibdir ki, bu məsələ buraya toplaşmış dəyərli mütəfəkkirlər üçün məsuliyyət yaradır.
Rəisi deyib: Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının üzvləri arasındakı elmi, mədəni və ictimai əlaqələr son dərəcə yaxşı bir gələcək yarada bilər və İran İslam Respublikas bu sahədə ahəngdarlığa hazırdır.
Əhli-Beyt(ə) assambleyaları və təbliğatçıların komissiyasının təşkili, İranın xarici işlər nazirinin çıxışı ilə region olaylarının araşdırılması yığıncağının keçirilməsi, Əhli-Beyt(ə) davamçılarının iqtisadi komissiyası, rabitə, media və virtual mühit komissiyalarının təşkili, ailə-qadın və universitet işçilərinin yığıncaqlarının keçirilməsi, Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının ictimai forumunun proqramlarından elan olunubdur.
ƏHLİ-BEYT(Ə) İSLAM ÜMMƏTİNİN BİRLİK SİMVOLUDUR