Sen 04, 2022 11:32 Asia/Baku
  • Əhli-Beyt
    Əhli-Beyt

Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının 7-ci forumunun bağlanış mərasimi və Həzrət Əbu-Talib beynəlxalq konfransının əsərlərinin təqdimatı mərasimi şiə dünyasının alim və mütəfəkkirlərindən böyük bir qrupun iştirakı ilə sammit zalında keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının 7-ci forumu sentyabrın birində dünyanın 118 ölkəsindən olan qonaqların iştirakı ilə Tehranda işə başladı. Forumda İslam Dünyasının mütəfəkkirləri şiə davamçıları icmasının aktual tələbatı, son problem və məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Forumun iştirakçıları həmçinin İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarından bəhrələnmək üçün dünən o həzrətlə görüşüblər və bu gün də dünya şiələrinin səkkinci imamı- İmam Rza(ə)-ın pak ziyarətgahını ziyarət etmək üçün müqəddəs Məşhəd şəhərinə gedəcəklər.

Yeddi yüzə yaxın üzvü olan Ümumdünya Əhli-Beyt(ə) Assambleyası öz əsasnaməsinə uyğun olaraq, dörd ildən bir, bir araya gəlir və şiə icmasının son problemləri ətrafında fikir mübadiləsi aparır.

 

Teqlər