Sen 10, 2022 12:24 Asia/Baku
  • İran ABŞ ordusunun yerləşdirildiyi ölkələrə yazılı xəbərdarlıq göndərib

İran İslam Respublikası ABŞ ordusunun yerləşdirildiyi ölkələrə yazılı xəbərdarlıq göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib: "Son aylarda ABŞ terrorçu ordusu sionist rejimi ABŞ Mərkəzi Komandanlığı ilə birləşdirərək, öz təyyarədaşıyan, helikopter və esmineslərinin Fars körfəzi və Oman dənizindən çıxarılması nəticəsində yaranan çatışmazlıqları kompensasiya etməyə çalışıb."

Onun sözlərinə görə, İranın nöqteyi-nəzərindən bu tədbir o deməkdir ki, sionist rejim ABŞ və müttəfiqlərinin casusluq obyektləri ilə təmin olunacaq və bu, İrana qarşı təhlükəni artıracaq. Ona görə də İran İslam Respublikası ABŞ ordusunun yerləşdirildiyi ölkələrə yazılı xəbərdarlıq göndərib.

Teqlər