Sen 10, 2022 12:30 Asia/Baku
  • Dünyada bütün kimyəvi silahlar məhv edilsin!

İran İslam Respublikası bütün dünyada kimyəvi silahların tamamilə məhv edilməsinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər üzrə müavini Rza Nəcəfi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının baş direktoru Fernando Arias ilə görüşündə bütün dünyada silah olaraq kimyəvi maddələrin tamamilə məhv edilməsinin vacibliyini vurğulayıb.

 Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının məzmununun ayrı-seçkilik edilmədən tam və effektiv şəkildə həyata keçirilməsinin lazım olduğunu qeyd edən Nəcəfi, xüsusilə kimyəvi maddələrin dinc məqsədlərlə istifadəsi ilə bağlı ölkələrin beynəlxalq əməkdaşlığının artırmalı olduğunu, birtərəfli embarqoların tətbiq edilməməsinin lazım olduğunu vurğulayıb.

İranın müasir tarixdə dünyanın ən böyük kimyəvi silah qurbanı olduğuna diqqət çəkən Nəcəfi əlavə edib: "Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bütün kimyəvi silahların istifadəsi qadağan olmadan öz məqsədlərinə nail ola bilməz."

Teqlər