İranın Kəşfiyyat Nazirliyinə qarşı davamlı sanksiyalara münasibət bildirildi
Kənani: Sanksiya İranın təhlükəsizlik sisteminin xidmətlərinə kölgə sala bilməz
Rəsmi Tehran ABŞ-ın İranın Kəşfiyyat Nazirliyinə davamlı sanksiyalarına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran ABŞ-ın ölkənin Kəşfiyyat Nazirliyinə davamlı sanksiyalarını faydasız addım kimi qiymətləndirib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlama verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Yeni qadağa, ABŞ-ın bizim Kəşfiyyat Nazirliyinə qarşı əvvəlki qeyri-qanuni sanksiya tədbirləri kimi, bu qurumun əzəmətli İran xalqının təhlükəsizliyinə xidmət etmək əzmini heç vaxt poza və ona xələl gətirə bilməyəcək.”
Qeyd edək ki, ABŞ Dövlət Xəzinədarlıq Departamenti ötən gün İranın bir fiziki şəxsi və dörd qurumuna sanksiya tətbiq etdiyini açıqlayıb. Onların içində İranın Kəşfiyyat Nazirliyi və onun rəhbəri də var.
Bu sanksiyalar ABŞ-la İran arasında nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqlar fonunda tətbiq edilir.