Qəribabadi BMT-nin İnsan Haqları Şurasında iştirak etmək üçün Cenevrəyə gedib
Sen 12, 2022 20:37 Asia/Baku
İranın Ədliyyə rəhbərinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının rəhbəri Kazim Qəribabadi bir nümayəndə heyətinin başçılığı ilə BMT İnsan Haqları Şurasının növbəti iclasında iştirak etmək üçün Cenevrəyə gedib.
SəhərAzəri-nin məlumatına əsasən, İran rəsmisinin BMT sessiyasında çıxışı və BMT rəsmiləri, eləcə də Qoşulmama Hərəkatına (QHH) üzv dövlətlərin və İslam ölkələrinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi planlaşdırılır.
Sessiya çərçivəsində İranın bəzi QHT-lərinin iştirakı ilə birtərəfli sanksiyaların İran xalqına dağıdıcı təsirlərini nümayiş etdirmək üçün sərgi keçiriləcək.
İnsan Hüquqları Şurasının 51-ci sessiyası sentyabrın 12-dən dörd həftə davam edəcək.