Tehran və Daşkənd arasında 17 əməkdaşlıq sənədi imzalanıb
İran və Özbəkistan enerji, sənaye, kənd təsərrüfatı, idman və mədəniyyət sahələrində 17 əməkdaşlıq sənədi imzalayıb
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin başçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci Sammitində iştirak etmək üçün çərşənbə günü Özbəkistanın Səmərqənd şəhərinə gedib.
Rəisi Səmərqəndə daxil olarkən Özbəkistanın baş naziri Abdulla Nemətoviç Arifov tərəfindən qarşılanıb.
Onun Səmərqəndə səfəri özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin rəsmi dəvəti ilə baş tutur.
O, cümə axşamı və cümə günləri Səmərqənddə keçiriləcək ŞƏT sammitində çıxış edəcək, həmçinin iştirakçı ölkələrin liderləri ilə müzakirələr aparacaq.
Rəisi gəlişindən az sonra Səmərqənddə özbək həmkarı tərəfindən rəsmi qarşılanıb.
Qarşılanma mərasimindən sonra İran və Özbəkistan prezidentlərinin görüşü olub.
Görüşdən sonra Tehran və Daşkənd arasında İran prezidenti İbrahim Rəisi və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə enerji, sənaye, kənd təsərrüfatı, idman və mədəniyyət sahələrində 17 əməkdaşlıq sənədi imzalanıb.
Əməkdaşlıq sənədlərinin və anlaşma memorandumunun imzalanması mərasimi Səmərqənd şəhərinin İpək Yolu Kompleksində prezidentlərin iştirakı və İran və Özbəkistan nazirləri arasında keçirilib.
Əməkdaşlıq sənədləri tranzit daşımalarının inkişafı, mədəni mübadilə, gömrük, ticarət-iqtisadi mübadilə və səhiyyə sahələrində imzalanıb.