Sen 15, 2022 13:52 Asia/Baku
  • şahmat
    şahmat

İran komandası tələbələrin şahmat üzrə dünya çempionatının blits bölməsində ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Belçikada keçirilən tələbələrin şahmat üzrə dünya çempionatında blits yarışı keçirilib. Polşa komandası iyirmi xalla çempion, İran yığması isə on səkkiz tam onda beş xalla ikinci olub. Fransa komandası da on beş xalla üçüncü pillədə dayanıb.

Həmçinin fərdi bölmədə qadınlar arasında beynəlxalq usta Mobina Əli Nəsəb altı xalla üçüncü yeri əldə edib.

FİDE ustası Arəş Dağlı da elə bu miqdarda xalla oğlanlar bölməsində üçüncü olubdur.

Tələbələrin şahmat üzrə dünya çempionatı sentyabrın on ikisindən on səkkizinədək Belçikanın Antverpen şəhərində keçirilir.

 

Teqlər