ŞƏT-in baş katibi Rəisi ilə görüşüb
İran prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər Özbəkistana səfərinin ikinci gününün əvvəlində yerləşdiyi oteldə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Çjan Minlə görüşdə İran İslam Respublikasının bu təşkilata üzvlüyü üzrə tədbirlər prosesini şərh edən cənab Rəisi ölkəmizin siyasi, iqtisadi, texnoloji və tranzit sahələri üzrə geniş imkanlarını bəyan edib.
Seyid İbrahim Rəisi bildirib ki, İran İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı və üzv ölkələrlə sözügedən sahələrdə həmkarlığa hazırdır.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Çjan Min də bu görüşdə İran İslam Respublikasının regional birliyə daimi üzvlüyü üçün təşkilatın katibliyinin gördüyü tədbirlərə işarə edib və belə söyləyib: Dünən cənab Əmir-Abdullahiyanla yanaşı, İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması üzrə qırx sənədə malik olan müahidəni imzaladıq. Gələn il bu tədbirlərin görülməsi ilə İran, Şanxay Əməkdaşlıq Təşkilatının daimi üzvü kimi konfransda iştirak edəcək.
Çjan Min deyib: İran böyük və təsiredici bir ölkə kimi regional və beynəlxalq təhlükəsizlik sahəsində böyük rol oynaya bilər.
İran İslam Respublikası həmçinin regionda böyük bir ölkə kimi bölgə ölkələrilə malik olduğu geniş tarixi və sivil ortaqlıqlara söykənməklə Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərilə yaxşı siyasi və ticari əlaqələrə malikdir.
İranın ötən 21 ildə müxtəlif sahələrdə Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərilə anlaşmalarına işarə edən baş katib deyib ki, İran bu təşkilatın üzvləri tərəfindən yaxşı tanınır.