Tehranın cümə namazı xətibi:
Fələstində və Yəməndə müqavimət Aşura hərəkatının davamıdır
Tehranın cümə namazının bu həftəki xətibi deyib: "Fələstində və Yəməndə müqavimət Aşura hərəkatının davamıdır".
SəhərAzəri-nin məlumatına əsasən, Tehran Universitetində keçirilən bu həftənin cümə namazında Höccətül-İslam Seyid Məhəmməd Həsən Əbu Torabifərd qarşıdakı İmam Hüseynin (ə) Ərbəininə toxunaraq, o həzrətin qiyamının fəlsəfəsini şərh edib və bunun Yezidin təkəbbürlü və diktator rejimi kimi bir pisliyə qarşı baş verdiyini bəyan edib.
O, deyib: "Yəmən, Fələstin və digər ölkələrdə cihadçı qüvvələrin iradəsi İmam Hüseynin (ə) zalım və diktator hökmdarlarla qarşılaşma yolunu davam etdirməkdir".
Tehranın cümə namazının xətibi İraqın İmam Hüseyn (ə) Ərbəini mərasiminin zəvvarlarına ev sahibliyi etməsinə işarə edərək deyib: "Əba Abdillahil-Hüseynin zəvvarlarını layiqincə qəbul etmək İraq xalqı və hökumətini şərəfli və əzəmətli bir mövqedə qərarlaşdırıb".
Əbu Torabifərd Ərbəini Aşura məktəbi və İmam Hüseynin insan yetişdirən məktəbinin vurğunlarının vədəgahı olduğunu bildirib vədeyib: " Ərbəin siyasi və sosial mənəvi məşq və düşərgə kimi mədəniyyət quruculuğu və icma quruculuğu ritualıdır. Hansı ki, İslam ümmətini Əba Abdillahil-Hüseynin tövhidi şəxsiyyətinin və insan yetişdirən Aşura məktəbinin orbitində nizamlamışdır".