Tehranda Rusiya ticarət heyətinin müzakirələri başlanıb
https://azeri.sahartv.ir/news/İran-i393333-tehranda_rusiya_ticarət_heyətinin_müzakirələri_başlanıb
İranın sənaye, mədən və ticarət nazirliyinin sözçüsü Tehranda Rusiya ticarət heyətinin müzakirələrinin başlandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2022 15:22 Asia/Baku
  • Tehranda Rusiya ticarət heyətinin müzakirələri başlanıb

İranın sənaye, mədən və ticarət nazirliyinin sözçüsü Tehranda Rusiya ticarət heyətinin müzakirələrinin başlandığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümid Qalibaf deyib ki, altmış beş rus şirkət yüz nəfərlik bir heyət formasında bu gündən etibarən, Tehranda öz müzakirələrinə başlayıb.

Qalibaf əlavə edib: Aparılmış proqramlaşdırmaya əsasən, İranın iqtisadi fəalları Rusiya ticarət heyətinin Tehranda olacağı üç gün ərzində rus şirkətlərin nümayəndələrilə ümumilikdə yeddi yüz əlli ticarət iclası keçirəcəklər.