Xarici mediaların təhrikləri ilə bəzi şəhər və universitetlərdə etiraz aksiyaları keçirilir
İran xalqınn böyük bir hissəsinin mərhumə Məhsa Əmininin vəfatından narahat olduğu və tibbi ekspertizanın bu barədəki təhqiqatlarının nəticələrinin elan olunmasını gözlədiyi bir halda, ötən günlər ərzində Tehran da daxil olmaqla bəzi şəhərlərdə bəzi etiraz aksiyaları keçirilib və ictimai əmlaka xəsarətlər vurulubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Tehran polisinin informasiya mərkəzi cümə axşamı günü- sentyabrın on beşində gənc bir xanımın bir polis mərkəzinə köçürülərkən vəziyyətinin pisləşməsi barədə xəbərlərin yayılmasının ardınca belə elan etdi: İzahat və təlim vermək üçün Tehran polisinin bölmələrindən birinə yönəldilmiş xanım Məhsa Əmini ürək çatışmazlığına düçar oldu ki, dərhal polis və təcili yardımın həmkarlığı ilə xəstəxanaya köçürüldü, amma təəssüflər olsun ki, həyatını itirdi.
Bu kədərli hadisədən sonra İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi daxili işlər naziri Əhməd Vəhidiyə göstəriş verdi ki, məsələnin səbəbi və detallarını təcillik və dəqiqliklə özəl şəkildə araşdırıb, nəticəni xəbər versin.
İranın məhkəmə hakimiyyətinin sədri, prokuroru və parlamentinin sədri də bu məsələni izləyirlər.
İran İslam Respublikasının bütün məsul şəxslərinin Məhsa Əmininin vəfatının cəhətlərinin tam şəkildə təhqiq edilib, araşdırılmasını istədikləri bir şəraitdə, keçmişdə olduğu kiimi, xaricdə məskunlaşmış mediaların təhrikləri və mütəşəkkil ünsürlərin daxil olmaları ilə İranın bəzi şəhərlərində aksiyalar başlandı.
Məşhəddə bir polis məmuru şübhəli şəxslər tərəfindən yandırıldı.
İranın şimalında yerləşən Rəşt şəhərində bir qrup iğtişaşçı heç bir vəchlə İran xalqının mədəniyyətilə uyğun gəlməyən bir hərəkətdə bir məscidi yandırıbdır. Həmçinin Həmədanda bir imamzadə yandırılıb.
Xeyli sayda bölgədə də bir neçə polis iğtişaşçılar tərəfindən döyülüb və onlara xəsarət vurulubdur. Onların bəzilərinin cismani vəziyyəti münasib elan olunmayıbdır.
İran bayrağına hörmətsizlik, təcili yardım maşınlarına hücum və təxribat, hicablı xanımlara hücum, digər mövzulardan olub, bu hərəkətlərin xalqın işi olmadığını və onların Məhsa Əmini üçün matəm saxlamaqla əlaqəsi olmadığını daha aydın şəkildə üzə çıxarır.
Tehranın bəzi rayonlarında hazır olan bəzi şəxslər bildirirlər ki, bu aksiyalardakı bəzi özəklər məqsədyönlü və geniş təxribatla hərəkət edirlər ki, bu da onların öncədən təlim görmələri və koordinasiyalarından söz açır.
Media çətri altında anti-İran hərəkətlərə, iğtişaş və çaxnaşmaya təhrik edən səudiyyə mediası olan «İran İnternəşnal» və İngiltərə hökumətinin tabeliyində olan farsca yayımlanan BBC kanalı, keçmişdə olduğu kimi meydan sulayırlar.