İranın etimadgətirən təzminatlar tələb etməyə haqqı var
https://azeri.sahartv.ir/news/İran-i393390-İranın_etimadgətirən_təzminatlar_tələb_etməyə_haqqı_var
İran prezidenti nüvə müzakirələri məsələsi və etimadgətirən təzminatların təqdim edilməsi zərurəti barədə deyib: Anlaşmadan çıxan amerikalılar olublar. Buna görə, İranın etimadgətirən təzminatlar tələb etməyə haqqı var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2022 11:39 Asia/Baku
  •  nüvə müzakirələri
    nüvə müzakirələri

İran prezidenti nüvə müzakirələri məsələsi və etimadgətirən təzminatların təqdim edilməsi zərurəti barədə deyib: Anlaşmadan çıxan amerikalılar olublar. Buna görə, İranın etimadgətirən təzminatlar tələb etməyə haqqı var.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Nyu-Yorka səfərinin ikinci günündə Avropa Birliyi Şurasının sədri Şarl Mişellə görüşdə İranın/ nüvə məsələsinin, eləcə də Fələstin, Əfqanıstan, Yəmən və Ukrayna ilə bağlı məsələlərin həlli üzrə təklif və yollarını sadalamaqla qeyd edibdir ki, sionist rejimin bəzi ölkələrlə münasibətləri adiləşdirmək üzrə cəhdləri bu rejim üçün təhlükəsizlik yaradan ola bilməz.

İran prezidenti əlavə edib: İranın sanksiya edilməsi insan hüquqlarının pozulmasının ciddi nümunələrindən olub, səksən milyon iranlının hüquqlarının rəvabilinməz tərzdə pozulması deməkdir.

Rəisinin insan hüquqları məsələsindən siyasi bir vasitə kimi istifadə olunmamasına dair fikri ilə razılaşan Avropa Şurasının sədri Şarl Mişel də deyib: Avropa Birliyi nöqteyi-nəzərləri yaxınlaşdırmaqla nüvə anlaşmasının bərpası üçün zəmin yaratmağa çalışıbdır.