Sen 22, 2022 17:06 Asia/Baku
  • İran yaxşı və davamlı bir razılaşmanın reallaşmasına hazırdır

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü Nyu-Yorkda İrlandiya Respublikasının xarici işlər naziri ilə görüşdə bildirib ki, İran İslam Respublikası yaxşı və davamlı bir razılaşmanın reallaşmasına hazırdır.

 SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan qeyd edib ki, razılaşmaya nail olmaq, Amerika və üç Avropa ölkəsi tərəfindən lazımi iradə, reallıq və xoşməramlılıq tələb edir.

İran İslam Respublikasının xarici işlər naziri sonra vurğulayıb: Razılaşmanın sayəsində İrana qarşı birtərəfli sanksiyalar aradan qaldırılmalı və MAQATE-də İran əleyhinə nüvə ittihamı işi qapanmalıdır.

Əmir-Abdullahiyan İrlandiya Respublikasının xarici işlər naziri ilə görüşdə həmçinin iki ölkə başçıları arasında yaradılan əlaqələr səviyyəsindən razılıq edib və söyləyib: İranla İrlandiya arasındakı əlaqələrin hərtərəfli şəkildə yüksəldilməsi üçün heç bir maneə yoxdur və iqtisadi, parlament və diplomatik təmaslar vasitəsilə ikitərəfli əlaqələri daha da genişləndirmək lazımdır.

İrlandiya Respublikasının xarici işlər naziri Saymon Kovni də bu görüşdə ölkəsinin İran İslam Respublikası ilə əlaqələri dərinləşdirmək üzrə təmayülünə işarə edib. Bildirib ki, iki ölkənin ticari və iqtisadi əlaqələrinə çeşidlilik bəxş etmək üçün böyük bir təmayül vardır.

Saymon Kovni sonra Vyana müzakirələrinə işarə ilə razılaşmaya nailolmanı bütün tərəflər, eləcə də beynəlxalq ictimaiyyət üçün əlverişli bir fürsət adlandırıb.

Teqlər