Sen 23, 2022 08:29 Asia/Baku

İran İslam Respublikasınınprezidenti bəyan edib ki, onun ölkəsinin Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir.

 SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş nazir Nikol Paşinyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində prezident Seyd İbrahim Rəisi ilə görüşüb.

Görüşdə prezident Rəisi İranın Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izlədiyini deyib və əlavə edib ki, regiondakı bütün münaqişələr müstəsna olaraq sülh yolu ilə həll edilməlidir.

Rəisi bildirib ki, İranın ölkələrin ərazi bütövlüyü və regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı mövqeyi aydındır və İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir.

O, İranın regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.

Baş nazir Paşinyan və prezident Raisi Ermənistan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Teqlər