Tehranda xalq yürüş keçirdi
Ölkədəki iğtişaçlar pislənildi
Sen 23, 2022 14:49 Asia/Baku
Tehran əhalisinin bir qrupu cümə namazından sonra müqəddəs yerlərin təhqir edilməsini və son iğtişaşları pisləmək üçün ictimai yürüş keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, nümayşçilər məscidlərin yandırılması, qadınların hicablarının və Qurani-Kərimin təhqir edilməsini pisləyiblər.
Bu yürüşdə minlərlə Tehran əhalisi Tehran Universitetində cümə namazı qılınan yerdən İnqilab meydanına doğru yürüş edərək, şüarlar səsləndiriblər.
Bu mərasimdə yürüş iştirakçıları “Millətimiz oyaqdır və fitnəçiyə nifrət edir”, “Münafiqə ölüm”, “Əgər Xamenei cihad əmr etsə”, “Vilayətül-Fəqih əleyhdarlarına ölüm”, “Amerikaya ölüm”, "İsrailə ölüm", və "İngiltərəyə ölüm" şüarları səsləndiriblər.