İranın cənub-qərbində polis silah alveri ilə məşğul olan dəstəni məhv edib
https://azeri.sahartv.ir/news/İran-i393914-İranın_cənub_qərbində_polis_silah_alveri_ilə_məşğul_olan_dəstəni_məhv_edib
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin nizam-intizam qüvvələrinin komandanlıq bazası əməliyyat zamanı silah qaçaqmalçılığı ilə məşğul olan dəstənin məhv edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2022 20:15 Asia/Baku
  • İranın cənub-qərbində polis silah alveri ilə məşğul olan dəstəni məhv edib

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin nizam-intizam qüvvələrinin komandanlıq bazası əməliyyat zamanı silah qaçaqmalçılığı ilə məşğul olan dəstənin məhv edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  briqada generalı Seyid Məhəmməd Salehi şənbə günü bildirib ki, dəstə üç qaçaqmalçıdan ibarət olub və onlar silah yükünü Şuş şəhərinə köçürüb, paylamağa cəhd ediblər.

Yoxlamalar nəticəsində 9 ədəd "Kalaşnikov" avtomatı, saxlanılanlardan isə qaçaqmalçılıq məqsədilə istifadə edilən iki avtomobil götürülüb.

İki gün əvvəl də İranın qərb sərhəddi olan Banədən Xuzistan vilayətinə təhvil verilməsi planlaşdırılan ağır sursat yükü də aşkarlanıb.

Məlumata görə, 11 600 tapança gülləsi, 7 200 Kalaşnikov tüfəngi, 2 ədəd telsiz və xüsusi mismarlar da daxil olmaqla çoxlu sayda təqibə qarşı əşyalar ələ keçirilib.