Sərhəd mühafizəçiləri, SEPAH, Ordu Fars körfəzində birgə dəniz təlimi keçirir
"Məhəmməd Rəsulullah" adlı üç günlük hərbi dəniz təlimi İranın cənubunda Fars körfəzi sularında və Buşəhr sahilində sərhəd mühafizəçiləri, İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın hərbi dəniz qüvvələrinin iştirakı ilə başlayıb.
Bu təlimin məqsədlərinin döyüş qabiliyyətini artırmaq, dəniz əməliyyatı bacarıqları əldə etmək və İran İslam Respublikasının silahlı qüvvələri arasında koordinasiyanı gücləndirmək olduğu bildirilib və bu təlimdə ən qabaqcıl sistemlərdən istifadə edilib.
İran İslam Respublikasınin Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Qudərzi deyib: Bu təlimdə İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın yol avadanlığı, elektron, optik və dron sistemləri ilə əməliyyat və taktiki mübadilələr və rəqibə qarşı kəşfiyyat fəaliyyətləri həyata keçirilib.
İran İslam Respublikasınin Sərhəd Qoşunlarının komandanı sərhədlərin an ba an monitorinqi üçün qabaqcıl sensor sistemlərdən istifadə edildiyinə işarə edib və əlavə edib: "Bu sensorlar sərhədçilərin sayıqlıq səviyyəsini artıra bilər".
General Əhməd Əli Qudərzi qabaqcıl texnikaların yerli istehsalından xəbər verib və deyib: "İndi sərhəd mühafizə qüvvələri yerli mütəxəssislərin bacarığı hesabına hazırlanmış ən qabaqcıl sistemlərlə təchiz olunublar".
General Qudarzi İranda 60 futluq gəmilərin inşasını elan edib və əlavə edib: "Bu gəmilər sıfırdan 100-ə qədər yerli mütəxəssislərin bacarığı ilə daxildə istehsal edilib".
İran İslam Respublikasınin Sərhəd Qoşunlarının komandanı qeyd edib ki, vizual monitorinq və sərhədçilərin qabaqcıl sistemlərlə təchiz edilməsi ilə yanaşı, müasir təlim, fiziki gücü inkişaf etdirilməsi, məsuliyyət hissi və nizam-intizamın gücləndirilməsi və sərhədçilərin şəhidlik və fədakarlıq ruhunun yüksəldilməsi onların əməliyyat imkanlarında çox təsirlidir