Okt 12, 2022 15:27 Asia/Baku
  • Düşmənçiliklərin əlac yolu, müqavimətdir
    Düşmənçiliklərin əlac yolu, müqavimətdir

İslam İnqilabının Böyük Rəhbəri pərakəndə iğtişaşları düşmənin İran xalqının böyük və təşəbbüskar hərəkətləri və irəliləyişləri qarşısındakı zəif və naşı planı adlandırıb və deyiblər ki, düşmənçiliklərin əlac yolu, müqavimətdir.

Həzrət Ayətullahuluzma Xamenei bu gün quruluşun məsləhət şurasının yenid dövrünün sədri və üzvlərilə görüşdə vurğulayıblar ki, son hadisələrdə düşmənin rolu və müdaxiləsi hamı, hətta bitərəf xarici mütəxəssislər üçün də aydın və aşkardır.

O həzrət əlavə ediblər: Bu hadisələr içəridən yaranan bir məsələ deyil. Əlbəttə, ola bilsin, bəzi sahələrdən istifadə etmiş olsunlar, amma düşmənin təbliğat, fikri təsirgöstərməyə səy, həyacan yaratma, təşviq və hətta alovlandırıcı maddələrin düzəldilməsi yollarının təlim verilməsi kimi hərəkətləri hazırda tamamilə açıq-aşkardır.

İslam İnqilabının Böyük Rəhbəri bu məsələlərdəki mühüm cəhəti düşmənin hərəkətinin zəif və reaksiyalı olması adlandırıb və belə qeyd ediblər: İran xalqı qısa bir zaman fasiləsində böyük hərəkətlər etdi ki, bu da dünya imperializminin siyasətlərinın qarşı nöqtəsində 180 dərəcə olub və onlar reaksiya verməyə məcbur olublar. Bu çərçivədə pul xərcləmək və plan qurmaqla bəzi şəxsləri, o sıradan Amerika və Avropada, həmçinin başqa nöqtələrdəki bəzi siyasətçiləri meydana gətiriblər.

Həzrət Ayətullahuluzma Xamenei  deyiblər: Bu böyük hərəkətlər göstərdi ki, İran xalqının dini məsələlər və dəyərlərə sadiq, mömin və şövqlü olmasından əlavə, ölkə də öz irəliyə doğru hərkətini sürətlə davam etdirir.

İnqilab Rəhbəri gənclərin Ərbəin yürüşündəki milyonluq iştirakını və mömincəsinə hərəkətlərini İran xalqının böyük hərəkətləri və dini inamlarından adlandırıb və əlavə ediblər: Əslində təşəbbüs İran xalqının əlində olub və düşmən naşıcasına, əbləhcəsinə reaksiya göstərməyə və iğtişaş üçün plan cızmağa məcbur olub.

Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər: İran xalqının islami quruluşla yanaşı olduğu və İslam bayrağını əlində tutduğu zamanadək bu düşmənçiliklər müxtəlif formalarda davam edəcək və onun yeganə əlac yolu, müqavimətdir.

İnqilab Rəhbəriu vurğulayıblar: Biz qəti qələbəyə dair ilahi vədə inanırıq və mütləq ilahi yardım bizimlə olacaqdır.

DÜŞMƏNÇİLİKLƏRİN ƏLAC YOLU, MÜQAVİMƏTDİR

Teqlər