Okt 13, 2022 13:30 Asia/Baku
  • Rəisi: Regional mexanizmlərin daha təsirli roluna ehtiyac duyulur

İran İslam Respublikasının prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans- SİKA-ya üzv ölkələrin altıncı sammitində vurğulayıb ki, müasir dünya hər zamandakından daha çox regional mexanizmlərin daha təsirli roluna ehtiyac duyur.

SəhərAzəri-nin məlumatına əsasən, sözügedən sammit bu gün Qazaxıstanın paytaxtı Astanada işə başlayıb.

Sammitin əsas məqsədlərindən biri, onun strukturunun bir konfransdan/ regional və beynəlxalq bir təşkilata yüksəldilməsinin araşdırılması və qəbul olunması məsələsidir.

İran prezidenti Seyid İbrahim Rəisi SİKA sammitində sonra söyləyib: Beynəlxalq quruluşda dəyişiklik və keçid prosesi xas bir mərhələyə çatıb. Qüdrətin yenidən bölüşdürülməsində hegemonçuluq yanaşmaları rədd edilir,/ müstəqil ölkələrin səsi və rolu daha çox eşidilir və müşahidə olunur.

Rəisi əlavə edib: İran İslam Respublikası mədəniyyət zənginliyi və sivilizasiya keçmişinə malik olmaqla,/ bütövlükdə xalqların rifahı və izzətinə zəmanət verən istiqlal, azadlıq, əxlaq, aqillik, mənəviyyat və ədalətin yüksək ilahi-insani anlamlarına uyğun şəkildə, öz xarici siyasətinin əsasını qoyubdur.

Ölkə prezidenti həmçinin deyib: Çətin günlərdə qonşulara yardım, bütün formalarında/ hegemonçuluq və təkvektorluluqla mübarizə, İraq və Suriya da daxil olmaqla ölkələrin ərazi bütövlükləri və suverenliklərini himayə, Fələstindən Yəmənədək məzlum xalqların müdafiəsi, Əfqanıstandan olan didərgin və miqrantlara ardıcıl yardım, ekstremizm və terrorizmlə uğurlu mübarizə,/ İranın daimi strategiyası və qüdrət istiqaməti olubdur.

Rəisi bildiribdir ki, Asiyada inteqrasiya və təhlükəsizlik, hegemonçu ölkələrin maraqları ilə uyuşmur.

O, qeyd edib ki, istiqlaliyyət və irəliləyiş yolunu seçmiş İran xalqı zorakıların müxalifətlərilə üzləşibdir.

Rəisi deyib: İran xalqı həm Amerikanın hərbi seçimini etibardan salıb, həm də onların özlərinin etiraf etdikləri kimi, sanksiya və maksimum təzyiq siyasətini nakam və uğursuz qoyubdur.

Ölkə prezidenti söyləyib: Amerika və sionist rejim on illər boyu, Fələstin, Suriya, İraq, Yəmən və Əfqanıstanda uşaqlar və mülkilərə qarşı təcavüz və qırğın, həmçinin qəsbkarlıq və aparteid yolları ilə regionda iztirab, müharibə, terrorizm, zorakılıq və əmin-amansızlığa bais olublar. Amma onların, öz müqəddəratlarını təyinetmə sahəsində xalqların səs və hüquqları qarşısında baş əyməkdən və işğalçılığa son qoymaqdan başqa bir yolları yoxdur.

Teqlər