Okt 15, 2022 12:08 Asia/Baku
  • İran XİN rəhbəri Aİ-nin xarici siyasət rəhbəri ilə telefonla danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell telefon danışığında sanksiyaların ləğvi ilə bağlı danışıqlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətlər, eləcə də İranda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

SəhərAzəri-nin məlumatına əsasən, bu telefon danışığında İranın xarici işlər naziri Borrelin bütün tərəflərə sazişdəki öhdəliklərinə qayıtmağa kömək etmək üçün göstərdiyi konstruktiv səyləri yüksək qiymətləndirib və deyib: "Amerika tərəfinin bəzi ziddiyyətli media bəyanatlarına baxmayaraq, indi razılığa gəlmək üçün atılan addımlar düzgün yoldadır və bu baxımdan biz Beynəlxalq Atom Enerjisi Agentliyinin texniki aspektdə əməkdaşlığını alqışladıq".

Son hadisələrə və xanım Məhsa Əmininin vəfatına toxunan Əmir Abdullahian deyib: "Xanım Əmininin vəfatı hamımız üçün təəssüf doğurur, əlbəttə, bu məsələ bəzi Qərb rəsmiləri üçün sadəcə bir bəhanədir".

O, dinc tələblərin xaos, qətl, yandırma və terror əməliyyatlarından ayrı bir məsələ olduğunu bildirib və əlavə edib: "Avropada iğtişaşlarla ən şiddətli qarşıdurma yaxşı və məqbul bir hərəkət sayıla, amma eyni akt İranda hüquqi çərçivədə repressiya hesab oluna bilməz".

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell də öz növbəsində nüvə anlaşmasının canlandırılması ilə bağlı Vyana və Nyo-Yorkda əldə edilən irəliləyişlərdən məmnunluğunu ifadə edib və MAQATE ilə İran arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Borrll deyib: "İran və ABŞ arasında məhbusların mübadiləsinə dair razılaşma mühüm məsələdir və biz bunu razılığa gəlmək üçün irəliyə doğru addım hesab edirik".

Borrell Avropa İttifaqının İranın daxili işlərinə qarışmaq niyyətində olmadığını da vurğulayıb.

Teqlər