"Ukrayna müharibəsində istifadə məqsədilə heç bir silah satılmayıb"
https://azeri.sahartv.ir/news/İran-i394119-ukrayna_müharibəsində_istifadə_məqsədilə_heç_bir_silah_satılmayıb
İran İslam Respublikasının XİN rəhbəri Ukrayna müharibəsinə PUA-ların göndərilməsi xəbərinə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2022 06:23 Asia/Baku

İran İslam Respublikasının XİN rəhbəri Ukrayna müharibəsinə PUA-ların göndərilməsi xəbərinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan portuqaliyalı həmkarı ilə telefon danışığında deyib: “İran Ukrayna müharibəsində istifadə məqsədilə heç bir silah satmayıb və bundan sonra da satamayacaq.”

O əlavə edib ki, böhranın tərəflərindən hər hansı birinin silahlandırılması müharibənin müddətini uzadacaq.

 

Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Volodimr Zelenski Rusiyanın ölkəyə İran PUA-ları ilə hücum etdiyini iddia etmişdi.

Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.