İranın şimal-qərbində silah-sursat qaçaqmalçılığı dəstəsi məhv edilib
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin sərhəd qoşunları komandanı Urmiyyə sərhəd alayının qüvvələri tərəfindən silah-sursat qaçaqmalçılığı dəstəsinin dağıdılmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı-pasdar Hüseyn Xani deyib: Urmiyyə sərhəd alayının sərhədçiləri, qaçaqmalçıların silah və sursat qaçaqmalçılığı barədə daxil olan xəbərləri əldə etdikdən sonra tam sayıqlıq və bir neçə əməliyyat qrupu təşkil etməklə mütəşəkkil bir əməliyyatda silah və sursat qaçaqmalçılarını durdura biliblər.
Qərbi Azərbaycan vilayətinin sərhəd qoşunları komandanı əlavə edib: Urmiyyə sərhəd alayı qüvvələrinin qüdrətli əməliyyatında «kolt-brouninq» tipli tapança və ov tüfəngi kimi 161 ədəd hərbi və ov silahı aşkar edilib.
Nizam-İntizam Qüvvələri Baş Komandanlığının bildirişinə görə, xalqın təhlükəsizliyi, polisin qırmızı xəttidir və xalqın təhlükəsizliyinə xələl gətirmək niyyətində olacaq şəxs və şəxslərlə şiddətlə və qanun əsasında rəftar ediləcəkdir.