İrəvani İranın Rusiyaya PUA verməsi ilə bağlı iddialara münasibət bildirib
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib ki, İrana qarşı siyasi planlaşdırma və yayındırıcı məlumatlar yaymaq uğur qazanmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Nyu-Yorkda urnalistlərə verdiyi açıqlamada İranın Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı əsassız iddiaları rəddə edib və bu iddiaların 2231 saylı qətnamə ilə qətiyyən heç bir əlaqəsi olmadığını vurğulayıb.
İranın müharibə və münaqişəyə qarşı olduğunu deyən İrəvani bildirib ki, 8 illik təcavüzdən və tətbiq edilmiş müharibədən əziyyət çəkən bir ölkə kimi İran ardıcıl olaraq, Ukraynada sülhü və münaqişənin dərhal dayandırılmasını dəstəkləyib və münaqişə tərəflərini təmkinli olmağa, gərginliyin artmasına yol verməməyə və münaqişənin həlli yollarını müzakirə etməyə çağırır.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib: "İran İslam Respublikası həmişə vurğulayıb ki, BMT-nin bütün üzvləri BMT-nin Nizamnaməsində və beynəlxalq hüquqda öz əksini tapmış məqsəd və prinsiplərə, o cümlədən suverenlik, müstəqillik, birlik ərazi bütövlüyünə tam hörmətlə yanaşmalıdırlar.
O, bəzi ölkələrin Ukrayna böhranında yalnız siyasi motivlər və məqsədlər güdməsindən məyus olduğunu bildirib və əlavə edib: "Bu ölkələr İrana qarşı əks-kəşfiyyat kampaniyası və psixoloji müharibə aparmaqla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin yanlış şərhini verməyə və bu əsassız iddialarla 2231 saylı qətnamə arasında əlaqə yaratmağa çalışırlar".