Okt 20, 2022 16:04 Asia/Baku
  • Rəisi iranlı güləşçilərin dünya çempionluğunu qazanmasını təbrik edib

İran prezidenti bir müraciətdə İspaniyada keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında İranın yunan-roma güləşi üzrə milli komandasının çempionluğu münasibətilə İran xalqını təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisinin təbrik məktubunda deyilir: "İranın Milli Güləş Komandasının çempionatı bütün iranlılar üçün sevinc və qürur yaratdı. Güləşdə iranlı gənc istedadların səyi ilə qazanılan bu çempionat əziz gənclərimizin istedad və əzmkarlığını göstərdi. Bu uğura görə İran xalqını təbrik edirəm".

Prezident Rəisi davamında İranın güləş yığmasının idmançılarına, onların zəhmətkeş məşqçilərinə və əməkdaşlarına təşəkkür edib. 

Teqlər