Okt 23, 2022 18:52 Asia/Baku
  • İslam dünyası media terrorizmi ilə üzləşir

İranın islami mədəniyyət və irşad naziri deyib: Düşmən medialar həqiqəti təhrif etmək və tərsinə göstərmək, həmçinin saxta xəbərlər düzəltməklə islami vətən və İslam dünyası barədə qeyri-düzgün bir sima təqdim etməyə çalışırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Mehdi İsmaili Türkiyənin TRT telekanalı və Anadolu informasiya agentliyi ilə ayrıca müsahibələrdə bildiribdir ki, İslam, dostluq və məhəbbət dinidir.

O, deyib: Düşmənlər İslam barədə qeyri-düzgün simanı qeyri-düzgün rəvayətlər və saxta xəbərlərlə təsvirə çəkir və müsəlmanları terrorçu adlandırırlar, halbuki bizim İslam dinimiz sülhə, qardaşlığa və dinc yanaşı yaşamaya rəvac verir.

Qərb medialarının İrandakı son olaylarla rəftar tərzinə toxunan İranın islami mədəniyyət və irşad naziri söyləyib: İslami İran media terrorizminə məruz qalıb. Dünyanın müxtəlif yerlərində hadisələr baş versə də adi qələmə verilir, amma ona oxşar hadisələr İranda baş verəndə, onlar saxta xəbərlər və reallığın təhrif edilməsilə həqiqətə zidd formada təqdim edilir.

 

Teqlər