Okt 29, 2022 08:21 Asia/Baku
  • ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanı əsas rol oynamaqda ittiham olunur

İranın Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik təşkilatı ölkədə baş verən son iğtişaşlarla bağlı birgə bəyanat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, birgə bəyanatda qeyd olunur ki, mövcud məlumatlar əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildiyi aşkar olunub. Bu istiqamətdə ABŞ, Ağ Evi dəstəkləyən Avropa hökumətləri və Britaniya və Səudiyyə Ərəbistanının ailə rejimləri tərəfindən maliyyələşən farsdilli media İran İslam Respublikasına hücum etmək üçün hər cür səy göstərməkdən çəkinmir.

Sənəddə işğitaşlarla bağlı ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini əsas rol oynamaqda ittiham edib.

Bəyanatda deyilir ki, son hadisələrdə qəddar Amerika rejimi ağrılı bir hadisədən sui-istifadə edərək və istintaqın nəticələri elan olunmazdan əvvəl böyük sevinc hissi ilə təxirə salınmış məşum planlarını icraya qoymağa başladı.

Bu bəyanatın davamında bildirilir ki, MKİ casus xidməti müttəfiq casus xidmətləri və mürtəce dövlətlərlə əməkdaşlıq edərək, iğtişaşlar hələ başlamazdan əvvəl, İrana qarşı cinayət törətmək məqsədi ilə ümummilli iğtişaşlar planlaşdırmıdılar; məqsəd İranın böyük xalqına qarşı cinayət törətmək və ölkənin ərazi bütövlüyünü sarsıtmaq və həmçinin xarici təzyiqlərin güclənməsinə zəmin yaratmaq idi.

Bəyanat müəlliflərinin fikrincə, bu xidmətlər son dövrlərdə həyata keçirdikləri əməliyyatlarda cəmiyyətdə mövcud olan bəzi narazılıqların platforma kimi sui-istifadə etməyə, hətta mümkün qədər öz təxribat layihələrini bu platformalar üzərində qurmağa çalışdılar.

Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatının birgə bəyanatında o da bildirilir ki, son bir ildə kəşfiyyatın ətraflı və davamlı monitorinqi, eləcə də son iğtişaşlardan əldə edilən Amerikanın terrorist rejiminin iğtişaşlarda hərtərəfli rol oynadığına dəlalət edir.

Teqlər