Okt 31, 2022 11:11 Asia/Baku
  • Rəisi: Neftin satışını sanksiyalardan öncəki kimi bərpa etmişik

İran İslam Respublikasının prezidenti bu dövlət tərəfindən neftin satışının sanksiyalardan öncəki həddə bərpa olunduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, hökumət başçısı bu barədə deyib: “İranın düşmənləri ölkə neftinin müştərilərini təhdid edir, onun gəlirlərinin əldə edilməsinə maneə yaradırdılar. Buna baxmayarq biz sanksiyalardan öncəki kimi neftin satışını bərpa etmişik.”

 

O, qarşı tərəfin İrana sanksiyaların istənilən nəticəni vermədiyi üçün, qəzəbli olduğunu bildirib və qeyd edib ki, ölkə neftinin satışının qarşısının alınması üçün çoxsaylı sanksiyaların və təhdidlərin edilməsinə baxmayaraq ölkəsi əvvəlki satış həcmini bərpa edib.

Rəisi əlavə edib ki, “düşmənlər İranın xüsisilə inkişaf etməsindən narahatdırlar.”

“İranın düşmənləri ölkə sənayesinə məhdudiyyətlər qoymağa, İranın ticarətini təcrid etməyə çalışdılar. Onların işi uğursuz oldu. İranın bütün Asiya dövlətləri ilə əlaqələri var”, deyə Rəisi əlavə edib.

Qeyd edək ki, iranlı ekspertlərin sözlərinə görə sanksiyaların sərt şəkildə icra edildiyi zamanda İranın gündəlik neft hasilatı və satışı bir milyon bareldən aşağı düşmüşdü, lakin son zamanlarda bu rəqəm üç milyonu keçib.

Teqlər