Noy 01, 2022 19:03 Asia/Baku
  • İran və Ermənistan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb

İran və Ermənistan rəsmiləri enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayaraq, iki ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi sazişinin 2030-cu ilə qədər uzadılması ilə razılaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, bu anlaşma memorandumu Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində Tehrandakı Səədabad mədəni-tarixi kompleksində İran və Ermənistan rəsmiləri tərəfindən imzalanıb.

Aanlaşma memorandumu çərçivəsində iki ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi sazişi 2030-cu ilə qədər uzadılacaq.

Mövzu ilə bağlı açıqlama verən İranın neft nazirinin müavini Məcid Cegeni deyib: "İran hazırda Ermənistana gündə bir milyon kubmetr təbii qaz ixrac edir və yeni razılaşma ilə qaz ixracı ikiqat artacaq".

İran və Ermənistan 2004-cü ildə qaz və elektrik enerjisi mübadiləsinə dair 20 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, təbii qaz İrandan Ermənistana ixrac edilərkən, İran əvəzində Ermənistandan elektrik enerjisi idxal edir.

Teqlər