Noy 03, 2022 13:34 Asia/Baku
  • ABŞ daim insan hüquqlarından bir vasitə kimi sui-istifadə edib

Tarix göstərir ki, Amerika əsla İranda insan hüquqlarından nigaran olmayıb, amma ondan bir vasitə kimi sui-istifadə edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri İranın BMT-dəki səfiri və daimi nümayəndəsi söyləyib. Bildirib ki, Amerika, Vaşiqtonun başçılığı altında İran hadisələri barədə keçirilən qeyri-rəsmi anti-İran yığıncağında aşkar təfriqə, aldatma və psixoloji əməliyyat kampaniyasına söykənibdir.

Əmir-Səid İrəvani əlavə edib: Amerika iddia edir ki, bu yığıncağı İranda insan hüquqlarını himayə etmək məqsədilə keçirir, amma məsələnin gülünc yeri ondadır ki, iranlılar on illərlə Amerikanın qəddarcasına sanksiyaları sarıdan, ən geniş ziyanlar çəkiblər, özü də müharibə vasitəsi ərzaq və dərman olan real bir müharibədə.

İran İslam Respublikasının yüksək səviyyəli diplomatı vurğulayıb ki, standart şəkildə insan hüquqları kimi dəyərli bir anlamdan sui-istifadə edən Amerika öz siyasi iş gündəmini genişləndirmək üçün BMT-nin platforması və onun mənbələrini manipulyasiya edir.

İrəvani əlavə edib: Əslində tarixin özü aydın bir sənəd olaraq sübut edir ki, Amerika əsla İranda və başqa yerlərdə insan hüquqlarından nigaran olmayıbdır.

O, sonra deyib: Yığıncaq məsələsi açıq şəkildə hakim bir dövlətin daxili işlərinə qarışmaq olub, beynəlxalq hüquq sisteminin əsası qoyulan zamandan bəri/ beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin aşkar surətdə pozulması hesab edilir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra söyləyib: İnsan hüquqlarının siyasi olmasını rədd edən İran, dardüşüncəli siyasi hədəflərini inkişaf etdirmək istəyən konkret dövlətlər tərəfindən BMT sistemində manipulyasiya edilməsini qəbulolunası hesab etmir və bu məsələni,/ barəsində daima xəbərdarlıq etdiyi təhlükəli bir proses sayır.

İran İslam Respublikasının yüksək səviyyəli diplomatı daha sonra söyləyib: Söz azadlığı və dinc aksiya hüquqları İranın Əsas Qanununda rəsmən tanınıb və İran xalqının bu hüquqlardan bəhrəllənməsi dövlət tərəfindən himayə olunubdur.

Əmir-Səid İrəvani əlavə edib: İran dövləti daima insan hüquqlarına riayət istiqamətində maksimum səy göstərib və İran xalqının layiq olduğu ən yaxşı həyat şəraitinə malik olması üzrə səylərini davam etdirir və bu istiqamətdə lazım olan qayda-qanunların bərpası yolunda addımlar atacaq.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin vurğulayıb: İran dövləti elmi mənbə və qabiliyyətlər, elita və universitet işçilərindən istifadə ilə problemlərin həlli üçün mükəmməl həll yolunun tapılmasının ardıncadır və beynəlxalq ictimaiyyət “dövlətlərin daxili işlərinə qarışmama və suverenlik prinsipləri”nə hörmətlə yanaşmalıdırlar.

Teqlər