Qərb mediasının İranın Ərəbistana hücum etmək niyyətini inandırıcı etmək cəhdi
Çərşənbə axşamı Amerikanın "Wall Street Journal" qəzeti bir xəbər dərc edərək, iddia edib ki, Ər-Riyad Vaşinqtona İranın yaxın günlərdə Səudiyyə Ərəbistanı ərazisindəki hədəflərə hücum edə biləcəyi barədə məlumat verib.
SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanı son əlli gündə media məkanında İranın daxili hadisələri ilə bağlı heç bir mənfi mövqe tutmamağa çalışsa da, bu ölkənin İrandakı son iğtişaşlarda qeyri-konstruktiv və düşmənçilik roluna demək olar ki, heç bir şübhə yoxdur.
Bu qeyddə iddia edilir; ABŞ Ordusu və Qərbi Asiya regionundakı digər qüvvələr xəbərdarlıq səviyyəsini artırıb və bununla bağlı istənilən ehtimala hazırdır.
Bu hesabat Ər-Riyad rəsmilərindən hələ cavab almasa da, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Amerika vətəndaşlarının Səudiyyə Ərəbistanında bu təhlükə barədə məlumatlı olub-olmaması sualına cavab olaraq, deyib: "Mənim konsulluq xəbərdarlığından xəbərim yoxdur".
Bu mövzuda gündəmə gələn mühüm bir sual budur ki; Etibarsız xəbərlər dərc edən tarixə malik Amerika mediasının hazırkı zamanda belə xəbərləri dərc etməsinin səbəbi nə ola bilər?
İranın Səudiyyə Ərəbistanındakı hədəflərə hücum etmək niyyətinin dərci elə bir vaxta təsadüf edir ki, son həftələrdə mərhum Məhsa Əmininin ölümündən sonra keçirilən etirazlar Səudiyyə Ərəbistanına bağlı medianın və Ər-Riyad və bəzi Qərb ölkələrinin dəstək verdiyi bəzi ünsür və qrupların təhriki ilə İranın bəzi şəhərlərində iğtişaşların formalaşmasına səbəb olub.
Belə bir şəraitdə xalqın tələblərinin mövcudluğu, eləcə də maraqların və milli təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsinə əsaslanan idarəetmənin rasionallığı tələb edir ki, hədəf ölkə öz cəza vasitələrindən istifadə edərək pisliklərə, açıq və gizli düşmənçiliklərə cavab versin və onların tamahkarlığını öldürsün.
Onu təsdiqləyən heç bir sənəd təqdim edilməyən "Wall Street Journal" xəbərinin nəşri əslində "legitim müdafiə" kimi qəbul edilmiş prinsiplər əsasında xəbər yaymaq cəhdidir ki, bu da təbii ki, yuxarıda qeyd olunan səbəblərə görə ictimai rəy arasında yüksək etibarlılıq faktoruna malikdir.
Ötən illərin təcrübəsi göstərdi ki, İranla münasibətdə qonşu və beynəlxalq münasibətlərdə qəbul edilmiş prinsiplərə hörmət və riayət etməkdən başqa hər hansı bir üsuldan istifadə etmək, şübhəsiz ki, illüziyaya qapılmış tərəf üçün ziyan və xəsarətdən başqa bir uğura gətirib çıxarmayacaq.