Noy 08, 2022 08:01 Asia/Baku
  • Düşmən mediaların missiyası: İranda separatizmi körükləmək - TƏHLİL

BBC Farsinin redaktoru və aparıcısının ifşa olunan mühüm audio faylı İranı parçalamaq cəhdlərinin gündəmdə olduğunu açıq şəkildə ortaya qoyur.

SəhərAzəri-nin məlumatına əsasən, BBC Farsi-nin baş aparıcılarından olan Rəna Rəhimpurun anası ilə telefon danışığının səs yazısı yayılıb. Redaktor orada asılı mediaya İranı parçalamaq üçün məlum dairələr tərəfindən tapşırıqlar verilməsindən danışır və vurğulayır ki, pərdə arxasında olan məqsəd İran üçün demokratiya deyil, onun parçalanmasıdır.

Bu audio faylda Rəhimpur açıq şəkildə bildirir ki, Səudiyyə Ərəbistanının İran İnternational mediasında yalnız separatçı partiyaların liderlərinə tribuna vermək tapşırılıb.

Xanım Rəhimpur İnstaqram səhifəsində bu audio faylın həqiqiliyini təsdiqləyib.

Qeyd edək ki, İranda Məhsa Əmininin ölümü bəhanəsi ilə baş verən son iğtişaşlar bir daha İran İslam Respublikasının xarici düşmənlərinin İranın daxili işlərinə qarışmaq və daha çox iğtişaşlar törətmək üçün fürsət kimi istifadə etmələrinə səbəb oldu. Bu istiqamətdə İran İnternational kimi xaricə bağlı farsdilli media İran hadisələrini bacardıqca işıqlandırmaqla yanaşı, İranda xaos və iğtişaşları qızışdırmağa çalışıb. Elə The Guardian qəzeti bu yaxınlarda Səudiyyə Ərəbistanının həmin telekanal üçün 250 milyon dollarlıq nəhəng büdcə ayırdığını yazıb.

İrandakı iğtişaşları işıqlandırmaq sahəsində kanalın əsas yanaşmalarından biri separatizmi təşviq etmək olub. Bununla əlaqədar olaraq, ötən həftələrdə bu media orqanı ərəblər və bəluclar da daxil olmaqla separatçı partiyaların liderləri üçün əsas tribunaya çevrilib.

Bununla belə, çox vacib bir həqiqət unudulur ki, minilliklər tarixi və sivilizasiyası olan İran torpağını separatizm yolu ilə parçalamaq cəhdləri bu dəfə də iflasa uğramışdır.

Teqlər