Azərbaycan Respublikasının Tehrandakı səfirinə nota verilib
Azərbaycan Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb.
Azərbaycan Respublikasının dövlət başçıları və kütləvi informasiya vasitələrinin intensiv şəkildə İran İslam Respublikasına qarşı böhtan, qarayaxma və iftiraları, eləcə də anti-İran təbliğat kampaniyasının davam etməsi fonunda dünən axşam Azərbaycan Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası verilib.
Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət başçıları və bu ölkə medialarının qeyri-səmimi ifadələrilə bağlı İran İslam Respublikasının kəskin etirazı və narazılığı Azərbaycan Respublikası səfirinə bəyan edilib.
Yaranmış vəziyyətdən təəssüf ifadə edən Azərbaycan Respublikası səfiri İslam Respublikasının etiraz hallarını dərhal Bakıya əks etdirəcəyini bildirib.
Ancaq görünür Əli Əlizadə bu rəsmi Tehranın etirazını ya dərhal Bakıya əks etdirə bilməyib ya da rəsmi Bakı onu dinləmək istəməyib. Ona görə ki, İlham Əliyev bu gün Daşkənddə etdiyi çıxışında bir daha İrana qarşı müdaxiləçi çıxış edib.
Bundan öncə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani-Çafi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ermənistanı himayə etməsi barədəki son sözlərinə cavab olaraq vurğulamışdı ki: Rəsmi Tehranın prinsipial siyasəti, bütün qonşularla dinc yanaşı yaşama və əlaqələrin genişləndirilməsi əsaslarına söykənir və qonşulardan hər biri ilə əlaqələrin gücləndirilməsi, “başqa bir qonşuya qarşı əlaqələr” anlamına gəlmir.