Noy 12, 2022 19:45 Asia/Baku
  • Bulaşıq virtual mühit xalqın gözüaçıqlığına tab gətirmədi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi düşmənlərin islami İranın inqilabçı gənclərindən olan qorxusu haqda vurğulayıb: Düşmənlər bulaşıq virtual mühitlə öz hədəflərinə çatmaq istəyirlər, amma İran xalqının gözüaçıqlığı həmişə vaxtında özünü göstəribdir.

SəhərAzəri-nin məlumatına əsasən, general-pasdar Əli Fədəvi bu gün əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə İranın Gilan vilayətinin Somee-Səra rayonunun əlli beş şəhidinin anım mərasimində deyib: Bütün düşmənçiliklərə rəğmən, icbar edilmiş müharibədən başıuca çıxdıq.

General Fədəvi əlavə edib: Hərbi qüdrət sahəsində zirvədəyik və heç bir sistemin mübarizə aparmağa qadir olmadığı raketlər düzəltmişik. Bu, İran İslam Respublikasının qüdrət və bacarığının təkcə azacıq hissəsidir.

Sepah-ın baş komandan əvəzi həmçinin deyib: Düşmən öz xam xəyalı ilə sentyabrın 23-də nəhs hədəflərini təqib etdi, amma düşmənlərin öncədən təyin edilmiş bu planı və Qərbin bu töhfəsi şəhidlərin qanı bahasına qələbə ilə arxada qoyulacaq və düşmən nakam qalacaqdır.

Teqlər