Noy 12, 2022 20:07 Asia/Baku
  • İnsan haqları qərargahı sədrinin Nyu-Yorkdakı proqramları

İran məhkəmə hakimiyyətinin hüquq məsələləri üzrə sədr müavini Nyu-Yorka səfərdə xeyli sayda görüş və iclasllar keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran məhkəmə hakimiyyətinin hüquq məsələləri üzrə sədr müavini Nyu-Yorkda on doqquz Asiya, Afrika və Latın Amerikası ölkəsindən təşkil olunmuş “BMT Nizamnaməsinin Dostları” adlı qrupun nümayəndələrilə iclas keçirib və onda Qərbin insan haqları barədəki ikili baxışına işarə ilə, deyib: Bəzi Qərb ölkələri və Amerikanın təbliğatlarının əksinə olaraq, son bir neçə həftədə İranda baş verən toplanışlar heç bir vəchlə dincməqsədli olmayıb və bu sahədə bütün beynəlxalq meyarlar tapdanıbdır.

Qəribabadi həmçinin deyib: Amerikanın və bəzi digər ölkələrin himayəsilə terrorçular tərəfindən vurulmuş xəsarətlərin miqdarını dəyərləndirmək və təyin etməklə bu xəsarətlərin kompensasiyası üçün lazımi həll yollarının təyin və təqib edilməsi istiqamətində İran daxili işlər nazirliyində bir təhqiqat komitəsi yaradılıb.

İran məhkəmə hakimiyyətinin insan haqları qərargahının sədri öz görüşlərində həmçinin instaqram və tvitter-in iğtişaşçılara hərtərəfli dəstək vermələri və bu virtual medialar tərəfindən İranda zorakılıq və iğtişaşa rəvac verilməsi ilə bağlı lazımi izahatlar verib.

Bu səfərdə İran məhkəmə hakimiyyətinin hüquq məsələləri üzrə sədr müavinini müşayiət edən İran İslam Şurası Məclisinin mili təhlükəsizlik komissiyasının insan haqları komitəsinin üzvü Zöhrə İlahiyan da müxtəlif görüşlər və yığıncaqlarda İslam İnqilabının qələbəsindən sonrakı illərdə iranlı qadınların irəliləyişləri barədə çıxışlar edib.

Teqlər