Eslami:
MAQATE-nin anti-İran qətnaməsi mövcud problemlərin həllinə kömək etməyəcək
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (MAQATE) ölkəyə qarşı qətnamənin verilməsini maksimum təzyiqi saxlamaq üçün qeyri-konstruktiv tədbir adlandırıb və bunun, mövcud məsələlərin həllinə kömək etməyəcəyini söyləyib.
SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İrana qarşı son qətnaməsinə toxunaraq, əlavə edib: “Görünür, üç Avropa ölkəsi və ABŞ müxtəlif təzyiq üsullarından, o cümlədən qətnamə və sanksiyadan istifadə etməyə öyrəşiblər. Tamamilə aydındır ki, bu cür təzyiqlər heç bir nəticə verməyəcək".
O, bu yanlış hərəkətin və anti-İran qətnaməsinin təsdiqlənməsinin daha əvvəl deyildiyi kimi İranın sərt reaksiya ilə üzləşəcəyini bildirib və deyib: "İran İslam Respublikasının nüvə proqramları İran parlamentinin təsdiq etdiyi strateji fəaliyyət planına uyğun olaraq, irəliləyir və İran əleyhinə çoxsaylı qətnamələrin verilməsi bu proqramların gedişatında heç bir maneə yaratmayacaq".
Eslami vurğulayıb: "İranın milli səviyyədə həyata keçirilən sülhməramlı nüvə proqramları İran xalqının rifahı və tərəqqisi üçündür".
MAQATE-nin Direktorlar Şurasının İranın sülhməramlı nüvə proqramına qarşı yeni qətnaməsi, ABŞ və Avropa üçlüyünün güclü siyasi təzyiqinə baxmayaraq, lehinə səslərin düşməsi ilə Vaşinqtona və onun avropalı müttəfiqlərinə aydın mesaj göndərilərək, təsdiqləndi.
Cümə axşamı, noyabrın 17-də keçirilən səsvermədə 26 ölkə anti-İran qətnamənin lehinə, 2 ölkə, Rusiya və Çin isə əleyhinə səs verib. 5 ölkə bitərəf qalıb.