Baqeri Kəni və Ryabkov Moskvada nüvə anlaşması üzrə görüş keçirib
İrana qarşı sanksiyaların aradan qaldırılması üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Ulyanov bildirib ki, İran və Rusiya xarici işlər nazirlərinin müavinləri görüşərək, nüvə sazişi ətrafında müzakirələr aparıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Ulyanov cümə günü bir tvitdə yazıb: "Rusiya və İran xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Əli Baqeri Kəni cümə günü nüvə anlaşmasının tam icrası perspektlərivini araşdırmaq üçün Moskvada görüşüblər".
O, danışıqların konteksti ilə bağlı əlavə təfərrüat təqdim etməyib.
İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar, bir neçə ay davam edən intensiv danışıqlardan sonra elə bir nöqtəyə çatmışdı ki, ABŞ, ilkin olaraq, Əhatəli Müştərək Təşəbbüs Proqramını pozmuş tərəf kimi, davamlı və etibarlı təminat üçün İranın məntiqli tələblərini qəbul etsəydi, yekun razılaşma qısa müddətdə əldə olunardı.
Vyanada aylarla davam edən danışıqlar təcrübəsi sübut etdi ki, Ağ Ev daxili problemlər və sionist rejimin təzyiqləri ucbatından nüvə razılaşmasına qayıtmağa qərar vermək iqtidarında deyil və bu baxımdan İranı günahlandırmaq və saxta müddətlər təyin etmək taktikasına əl atıb.