Dek 03, 2022 11:53 Asia/Baku
  • Pakistan terrorçulara qarşı mübarizə üçün İrandan intiharçı PUA alıb

İran istehsalı olan PUA-lara tələbat durmadan artır. Pakistanın terrorçulara qarşı mübarizə üçün İran İslam Respublikasından intiharçı PUA-lar satın aldığı bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Pakistandakı separatçılar həmin kamikadze PUA-larının zəbəsi nəticəsindən ağır itki verdiklərini təsdiqləyiblər.

Qruplaşma sübut kimi pilotsuz təyyarədən atılan bir neçə raketin qalıqlarının fotolarını yayımlayıb.

Pakistan Ordusunun sözçüsü Bəluçistanın Kahan bölgəsində səkkiz separatçının öldürüldüyünü və üç yaralı döyüşçünün həbs edildiyini açıqlayıb.

Bu, Pakistan ordusunun hərbi əməliyyatlarda İranın intiharçı pilotsuz uçuş aparatından istifadə etməsi haqda ilk məlumatdır.

Qeyd edək ki, İran və Pakistan arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq müqavilələri vardır.

 

Teqlər