Rəisi konstitusiya dalana dirənməsi ilə bağlı iddiaları rədd edib
https://azeri.sahartv.ir/news/İran-i395506-rəisi_konstitusiya_dalana_dirənməsi_ilə_bağlı_iddiaları_rədd_edib
İran İslam Respublikası prezidenti ölkə konstitusiyasında heç bir dalana dirənmənin olmadığını vurğulayaraq, deyib: "Konstitusiya respublikaçılıq və islamçılığın təminatçısı və İslam İnqilabının təcəssümüdür".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2022 16:27 Asia/Baku
  • Rəisi konstitusiya dalana dirənməsi ilə bağlı iddiaları rədd edib

İran İslam Respublikası prezidenti ölkə konstitusiyasında heç bir dalana dirənmənin olmadığını vurğulayaraq, deyib: "Konstitusiya respublikaçılıq və islamçılığın təminatçısı və İslam İnqilabının təcəssümüdür".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi "Konstitusiyanın icrası üzrə Məsuliyyət" adlı Milli Konfransda çıxışı zamanı deyib: "Çalışılmalıdır ki, Konstitusiyanın bütün prinsipləri həyata keçirilsin. Bizim ölkəmiz seçkilrə ölkəsidir. İslam İnqilabından sonra ölkədə çoxlu seçkilər keçirilib, lakin təəccüblənirəm ki, insan haqları iddiaçıları regionda hələ heç bir seçki keçirməyən bir rejimi dəstəkləyirlər amma İslam Respublikasına qarşı düşmənçilik hərəkətləri edirlər".

Prezident Rəisi ədalətə nail olmağın ən yaxşı yolunun qanunun icrası olduğunu vurğulayıb və əlavə edib: "Hər bir siyasi partiya və cərəyandan olan hamımız qanunun icrası ilə bağlı həmfikir olmalıyıq və qanunun aliliyi bir prinsip olmalıdır".