Dek 10, 2022 21:13 Asia/Baku
  • Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi şənbə günü Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi Britaniya rəsmilərinin müdaxilə xarakterli ifadələrinə görə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə üçüncü bürosunun direktoru Britaniya rəsmilərinin İranın daxili işlərinə müdaxiləsi, İrandakı terror və iğtişaşlara dəstək verməsi, həmçinin bir sıra İran vətəndaşlarına qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsi fonunda Saymon Şerklifi İran Xarici İşlər Nazirliyinə çağırıb.

Səfirlə görüşdə, həmçinin heç bir sənəd təqdim edilmədən gündəmə gətirilən Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi ilə bağlı Londonun İrana qarşı qondarma ittihamları qəti şəkildə rədd edilib və qeyd edib ki, Ukraynadakı müharibəni uzadan Britaniya və onun müttəfiqləri tərəfindən Kiyevə ölümcül silahların verilməsidir ki, böhranın siyasi həllini dəfələrlə gecikdirib.

Teqlər