Dek 11, 2022 20:58 Asia/Baku
  • Çin səfiri İran XİN-ə çağırılıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının qırx üçüncü sammitinin yekun bəyanatındakı əsassız ittihamları pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, O, bu kimi bəyanatların verilməsini uğursuz qalmış İranofobiya siyasətinin təkrarı adlandırıb.

Nasir Kənani sözügedən şuranın İranın nüvə proqramı ilə bağlı mövzular haqdakı bəyanatını rədd edib və vurğulayıb: Nüvə anlaşmasını uğursuz qoymaq üçün əllərindən gələni etmiş ölkələr hazırda İranın nüvə anlaşmasına və beynəlxalq qanunlara tam sadiqliyinə göz yummaqla İranın qanuni hərəkətlərinə etiraz edirlər.

Çinin Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasına işarə edən Kənani vurğulayıb ki, Fars Körfəzindəki üçlü İran adası İran ərazisinin ayrılmaz hissəsi olub, onun hər bir digər hissəsi kimi heç vaxt heç bir ölkə ilə müzakirə mövzusu olmayıb və olmaycaq da.

 

Teqlər